Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

  • 14.07.2018
  • 14:28
Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi
Şrift Ölçü:
Bakıda başlayacaq futvolley üzrə beynəlxalq açıq turnirin püşkatma mərasimi və mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Futnet Federasiyasının (AFNF) I vitse-prezidenti, millət vəkili Aydın Hüseynov, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov, iştirakçı komandalar və media nümayəndələri iştirak ediblər.

Federasiyanın baş katibi Ə.Həmzəyev çıxış edərək yarış haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Bakıdakı “Dalğa Beach” əyləncə mərkəzinin arenasında baş tutacaq beynəlxalq turnirə dünyanın 8 ölkəsindən 8 komanda qatılacaq. Baş katibin sözlərinə görə, turnirin ümumi mükafat fondu 6000 AZN-dir. Yarışda Braziliya, Avstriya, Hollandiya, Pakistan, İran, Rusiya, Portuqaliya və Azərbaycan komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Qalib komandalara medal, diplom və pul mükafatları təqdim ediləcək.

AFNF-nin İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov yarışın qaydaları haqqında danışıb.

Çıxışlardan sonra komandalar və idman geyimləri tədbir iştirakçılarına təqdim edilib.

Daha sonra püşkatma mərasimi təşkil olunub. Püşkatmanın nəticələrinə görə, “A” qrupunda Portuqaliya, Braziliya, İran, Rusiya, “B” qrupunda Hollandiya, Avstriya, Pakistan və Azərbaycan komandaları yer alıblar.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

AFNF-nin I vitse-prezidenti A.Hüseynov ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb.

A.Hüseynov futvolley üzrə beynəlxalq açıq turnirin hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını və yarışın keçirilməsi üçün bütün hazırlıqların tamamlandığını qeyd edib. O, yarış iştirakçılarına uğurlar arzulayıb.













Növbəti Yazı Futvolley üzrə beynəlxalq turnirin bağlanış mərasimi keçirilib

Trend xəbərlər

xəbərləri qaçırmayın

Fut Net idman növünün gənclər arasında təbliği

Fut Net idman növünün gənclər arasında təbliği

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Beynəlxalq turnirin püşkü atılıb

Beynəlxalq turnirin püşkü atılıb

28 May - Müstəqillik Günü

28 May - Müstəqillik Günü

Azərbaycan komandası Türkiyədə futvoley turnirinə hazırlaşır - İDMAN TV

Azərbaycan komandası Türkiyədə futvoley turnirinə hazırlaşır - İDMAN TV

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva