"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq

  • 25.10.2026
  • 01:20
"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq
Şrift Ölçü:

Oktyabrın 26-dan noyabrın 1-dək Türkiyənin Alanya şəhərində çimərlik futbolu üzrə klublararası “Alanya 2026 Dünya Qaliblər Kuboku” turniri keçiriləcək.

Məlumatına görə, turnirdə dünyanın beş qitəsini təmsil edən 32 ölkədən 48 komanda iştirak edəcək edəcək.

Oktyabrın 13-də turnirin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri və çimərlik futbolu ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mərasim zamanı yarışın miqyası, təşkilati məsələlər və turnirin Alanyanın beynəlxalq idman turizmi mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsindəki rolu barədə ətraflı məlumat verilib.

2019-cu ildən sonra ilk dəfə yenidən yarandığı şəhərə qayıdan turnir Alanyanı dünya çimərlik futbolunun diqqət mərkəzinə çevirəcək. Yarışda “Barselona” (Barcelona), “Olimpik Marsel” (Olympique de Marseille, Olympique Marseille), “Benfika” (Benfica), “Flamenqo” (Flamengo) və digər tanınmış klubların iştirakı turnirin rəqabət səviyyəsini və beynəlxalq əhəmiyyətini daha da artırır.

Azərbaycan təmsilçisi "Marafon" İdman Klubunun çimərlik futbolu komandası “Tourgood Travel” və “Redesign Luxury” şirkətlərinin dəstəyi ilə turnirdə iştirak edəcək. Sabirabad klubu nüfuzlu beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil etmək və güclü rəqiblər arasında uğurlu nəticə qazanmaq uğrunda mübarizə aparacaq.

Qarşılaşmalar Alanya Beynəlxalq Çimərlik İdman Mərkəzində təşkil olunacaq. Kişilər və qadınlar arasında keçiriləcək yarışlarda komandalar turnirin çempionluq titulu uğrunda mübarizə aparacaqlar.

Əvvəlki Yazı Zəfərin mübarək, Azərbaycan!

Trend xəbərlər

xəbərləri qaçırmayın

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

AFNF Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edir! "Qarabağ Azərbaycandır!"

AFNF Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edir! "Qarabağ Azərbaycandır!"

28 May - Müstəqillik Günü

28 May - Müstəqillik Günü

Moldovalı futvolleyçi: "Xəzər dənizi Bakının gözəlliyinə xüsusi rəng qatır"

Moldovalı futvolleyçi: "Xəzər dənizi Bakının gözəlliyinə xüsusi rəng qatır"

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

İlin yekunlarına dair konfrans keçiriləcək

İlin yekunlarına dair konfrans keçiriləcək

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva