Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

  • 8.08.2021
  • 22:09
Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi
Şrift Ölçü:

7-8 avqustda Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi tipli sanatoriyasında futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi.

8 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində keçdi. Kubokda “Bakı”, “Naxçıvan”, “Gəncə”, “Lənkəran”, “Kəlbəcər”, “Laçın”, “Şuşa” və “Ağdam” kollektivləri qüvvələrini sınadılar.

Avqustun 6-da püşkatma mərasimində hər qrupda 4 komanda qərarlaşdı. Qrupda ilk 2 yeri tutanlar yarımfinala yüksəldi. Finalda “Ağdam” “Lənkəran”ı 2-1 hesabı ilə məğlub edərək tarixində 2-ci dəfə Azərbaycan kubokunu qazandı. 3-cü yer uğrunda “Bakı”nın oyunçusu zədəli olduğu üçün oyuna çıxmadı. Futvolley qaydalarına uyğun olaraq onun rəqibi “Kəlbəcər” klubu fəxri kürsünün 3-cü pilləsinə yüksəldi.

Qalib və mükafatçılara kubok və medallar, digər iştirakçılara isə diplom və qiymətli hədiyyələr təqdim olundu. Oyunçular öz hesablarına reytinq balları əlavə etdilər.

Beləliklə, bu yarış eyni zamanda 4-5 sentyabr tarixlərində futvolley üzrə 3-cü Azərbaycan çemopionatına hazırlıq məqsədi daşıdı.

Trend xəbərlər

xəbərləri qaçırmayın

Bakıda səmərəli görüş

Bakıda səmərəli görüş

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva