“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

  • 26.05.2022
  • 12:30
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Şrift Ölçü:

Beynəlxalq Futvole Federasiyasının rəsmiləri “İdman Azərbaycan” kanalının qonağı olub.
“Səhər idman”ın canlı efirində beynəlxalq qurumun prezidenti Vüsal Xəlilov, baş katib Əfqan Həmzəyev və futvole üzrə milli komandamızın kapitanı Fəyar Hüseynov tamaşaçıları maraqlandıran məqamlara toxunublar.
Federasiyanın rəhbəri futtennis və futvolenin Azərbaycandakı inkişaf mərhələsindən söhbət açaraq, prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğını və verdiyi dəstəyi daim hiss etdiklərini bildirib.
50-dən çox ölkənin Beynəlxalq Futvole Federasiyasının bayrağı altında birləşdiyini söyləyən baş katib Əfqan Həmzəyev üzvlərin sayının durmadan artdığını qeyd edib. Bir çox mötəbər yarışları yüksək səviyyədə keçirmək təcrübəsinə malik olan ölkəmizin dünyada sevilən idman növlərindən biri olan futvole üzrə də mühüm turnirlərə ev sahibliyi edəcəyini deyən, Əfqan Həmzəyev idmansevərlərin Bakıda sabiq futbol ulduzlarını görə biləcəklərinin müjdəsini verib.
Futvole millimizin kapitanı Fəyar Hüseynov gələcəkdə bu idman növünün Azərbaycanda böyük populyarlıq qazanacağını vurğulayıb.
Qeyd edək ki, futvole üzrə Dünya Çempionatının avqust ayında Bakıda keçirilməsi planlaşdırılır.


whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button 
Əvvəlki Yazı Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR
Növbəti Yazı Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Trend xəbərlər

xəbərləri qaçırmayın

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Kiyevdə seçmə mərhələ yarışı baş tutacaq

Kiyevdə seçmə mərhələ yarışı baş tutacaq

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva