AFNF 5 ili arxada qoydu

  • 4.03.2022
  • 23:00
AFNF 5 ili arxada qoydu
Şrift Ölçü:

Bugün Azərbaycan Futnet Federasiyasının fəaliyyətə başlamasının 5 ili tamam oldu. 

2017-ci ildə ölkəmizdə iki idman növünü özündə birləşdirən Futnet Federasiyası təsis edilib. Təsis konfransında federasiyasının prezidenti Vüsal Xəlilov seçilib.

Futnet və futvole idman növləri üzrə daxili və beynəlxalq yarışların təşkili ilə ilk ildən məşğul olan qurum milli komandalarımızın formalaşdırılması, bu iki idman növünün ölkəmizdə populyarlaşması, təbliği və inkişafını da öz üzərinə götürüb. 

Federasiya vüsal Xəlilovun rəhbərliyi ilə qısa zamanda beynəlxalq idman dairələrində böyük nüfuz qazanaraq bir çox mötəbər turnirlərə dəvət alıb, dünya və Avropa Çempionatlarının keçirilməsində bilavasitə yaxından iştirak edərək bu istiqamətdə örnək iş sərgiləmişdir. 

Mütamadi olaraq futnet və futvole üzrə Azərbaycan Çempionatlarını və ölkə kuboku uğrunda yarışları təşkil etməklə paralel, federasiya rəhbərliyi Bakıda bir çox yüksək səviyyəli beynəlxalq turnirlərə də ev sahibliyi edib. 

Futnet Federasiyası (qısa adı AFNF) hər iki idman növünün təkcə paytaxt bakıda deyil, bölgələrimizdədə inkişafı üçün daim rayonlarda turnirlər təşkil edir. 

Futvole və futnet üzrə milli komandaların tərkinin müəyyən edilməsi kimi vacib bir öhdəliyi də öz üzərinə götürən AFNF, həmdə idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil etməsini təmin edərək, bayrağımızı dünyanın dörd bir yanında dalğalandırıb. 


Əvvəlki Yazı Kiyevdə seçmə mərhələ yarışı baş tutacaq
Növbəti Yazı Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Avstriya komandasının aeroportda qarşılanması

Avstriya komandasının aeroportda qarşılanması

AFNF rəsmiləri Braziliyaya yola düşür

AFNF rəsmiləri Braziliyaya yola düşür

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva