AFNF rəsmiləri Braziliyaya yola düşür

  • 25.04.2022
  • 22:30
AFNF rəsmiləri Braziliyaya yola düşür
Şrift Ölçü:

Uzaq Braziliyadan Azərbaycana dəvət gəlib. 

Azərbaycan Futnet Federasiyasına Braziliyanın yerli federasiyasının adından ünvanlanan məktubda qurumun və Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Braziliyanın Rio de Janeyro şəhərinə dəvət edilib.

 

Brazliyanın ikinci ən böyük şəhərində baş tutacaq futvole yarışının fəxri qonağı olaraq bu ölkəyə gedəcək Vüsal Xəlilovun səfər çərçivəsində dünyaca məşhur braziliyalı sabiq futbol ulduzları Romario və Ronaldinyo ilə görüşü planlaşdırılır. 

Üstəlik, yuxarıda adı sadalanan hər iki veteran futbolçu ilə yanaşı futvole turnirlərində mütəmadi olaraq çıxış edən dünya futzalının ulduzu Falkao ilə də dəyirmi masa arxasında müzakirələr aparılacaq. 

Ümumiyyətlə Braziliyaya səfər AFNF-in gələcək yarışlarının təşkili zamanı bu ölkənin uzun illər ərzində əldə etdiyi təcrübədən yararlanmaq, Beynəlxalq Futvole Federasiyasının turnirlərində braziliyalı ulduzların iştirakını təmin etmək və onların ölkəmizdə təşkil ediləcək yüksək səviyyəli turnirlərdə çıxış etməsi məqsədini daşıyır. 

Qeyd edək ki, Braziliyaya federasiyamızın baş katibi Əfqan Həmzəyev və Mətbuat Departamentimizin rəhbəri Araz Əhmədov da yollanır. 

 

Trend xəbərlər

xəbərləri qaçırmayın

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Baku World Open International Futvolley Tournament - 2018 İDMAN AZƏRBAYCANDA

Baku World Open International Futvolley Tournament - 2018 İDMAN AZƏRBAYCANDA

Dubayda seçmə mərhələ turniri start götürdü - Dünya Çempionatı

Dubayda seçmə mərhələ turniri start götürdü - Dünya Çempionatı

Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib

Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva