Romario səfir olacaq

  • 17.05.2022
  • 13:27
Romario səfir olacaq
Şrift Ölçü:

Dünyaca məşhur braziliyalı futbolçu Romario futboldan sonra futvole idman növünün də səfiri olacaq. 

1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən braziliyalı bununla bağlı Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla Rio de Janeyro şəhərindəki görüşdə razılıq verib. 

Beynəlxalq qurumun rəsmisi dünya çempionu olmuş Romarioya futvolenin dünyada populyarlaşması və arealının genişlənməsi üçün gördükləri işlər barədə məlumat verdikdən sonra Braziliya konqresində senator olan veteran oyunçu bu işə öz töhfəsini vermək istədiyini bildirib. 

Rio de janeyro şəhərində keçirilən həvəskar futvole yarışlarında daim çıxış edən "bəstəboy" Vüsal Xəlilovun Dünya Futvole Federasiyasına prezident təyin edildikdən sonra bu idman növündə ciddi canlanma olduğunu və səfir olmaqdan böyük məmnunluq duyacağını söyləyib. 

Qeyd edək ki, bir müddət öncə Dünya Futvole Federasiyasının prezidenti Braziliyaya işgüzar səfər edərək Romario ilə yanaşı daha bir dünya çempionu olan Bebetoyla da  görüşmüşdü. 


whatsapp sharing button 
facebook sharing button 

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Baku World Open International Futvolley Tournament - 2018 Təntənəli bağlanış mərasimi

Baku World Open International Futvolley Tournament - 2018 Təntənəli bağlanış mərasimi

Romario səfir olacaq

Romario səfir olacaq

Futtennis üzrə ikinci beynəlxalq turnir "Lider TV"də

Futtennis üzrə ikinci beynəlxalq turnir "Lider TV"də

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Futtennis üzrə ikinci beynəlxalq turnir ARB TV-də

Futtennis üzrə ikinci beynəlxalq turnir ARB TV-də

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva