Seçmə mərhələ Braziliya idmançılarının qələbəsi ilə başa çatdı - FOTOLAR

  • 3.07.2022
  • 09:55
Seçmə mərhələ Braziliya idmançılarının qələbəsi ilə başa çatdı - FOTOLAR
Şrift Ölçü:

Futvole üzrə daha bir mötəbər yarışa yekun vurulub.
Türkiyənin Aralıq dənizi incisi olan Arsuzda bu idman növü üzrə Dünya Çempionatının seçmə mərhələ turniri Braziliya idmançılarının qələbəsi ilə başa çatıb.
İki növdə - kişi cütlüklər və miksdə(qadın/kişi) qələbəni bayram edən “sambaçılar” topun olduğu hər yerdə “ağanın” onlar olduğunu sübuta yetiriblər.
Yarımfinalda məhz latın amerikalılarla üz-üzə gələn yığmamız oyuna əla başlayıb, sonrakı dəqiqələrdə heçdə pis təsir bağışlamasa da, bu finala çıxmaq üçün yetərli olmayıb. Digər görüşdə isə gözəl oyunu ilə doğma azarkeşlərinin rəğbətini qazanan Türkiyə İranı yenərək, adını son matça yazdıra bilib. Üçüncülük qarşılaşmasında psixoloji cəhətdən çökən Azərbaycan millisi toparlana bilməyərək, cənub qonşularımıza məğlub olub. Beləliklə, finalda Kor və Yazdanidən ibarət Türkiyəni ağıllı və düşünülmüş taktika ilə iki setdə də diz çökdürən Marselius/Mauritsio cütlüyünün qızıl medalları qazandığı turnirdə, milli komandamız 4-cü olub.
Miksdə də eyni nəticəni təkrarlayan Azərbaycanlı futvoleçilər qrupda yeganə qələbəni BƏƏ üzərində qazanıb. Qadın və kişilərdən ibarət idmançıların finalında da Braziliya-Türkiyə finalını izləyən tamaşaçılar, bu dəfə “ay-ulduzlular”ın məğlubiyyətinə üzülüb. Bu növdə 3-üncü yer Argentinaya qismət olub.
Beynəlxalq Futvole Federasiyasının “Road to Baku” şüarı ilə təşkil edilən yarışın mükafatlandırma mərasimində qurumun prezidenti Vüsal Xəlilov, Arsuz Bələdiyyəsinin sədri Asəf Güvən və digər rəsmilər iştirak edib. Qalib komandalara kubok, medal və mükafatlarını təqdim edən BFF prezidenti Vüsal Xəlilov turnirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edərək, gələcəkdə Hatayın daha mötəbər yarışlara ev sahibliyi edəcəyinə ürəkdən inandığını bildirib.
Tədbirdə çıxış edən Asəf Güvən beynəlxalq federasiyanın bu idman növünün dünyaya yayılması istiqamətində gördüyü işlərdən bəhs edərək, bu işdə quruma hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.
Mükafatlandırma mərasimində fərqlənən komandalarla yanaşı, bütün iştirakçılara, hakimlərə, BFF rəsmilərinə xüsusi xatirə hədiyyələri təqdim edilib.


whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button
Əvvəlki Yazı Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR
Növbəti Yazı Estetik və ecazkar futvole - FOTOLAR

Trend xəbərlər

xəbərləri qaçırmayın

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bu gün Prezidentin 60 yaşı tamam olur

Bu gün Prezidentin 60 yaşı tamam olur

Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürdü

Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürdü

İlin yekunlarına dair konfrans keçiriləcək

İlin yekunlarına dair konfrans keçiriləcək

Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək

Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva